Haqqımda

Nail Seyidov haqqında: Qurmağı bacaran, qurmağı öyrədən.

Mən Nail Seyidov — NS Studio-nun qurucusu və direktoru, startap mentoruyam. 1996-cı ildə Naxçıvanda doğulmuşam. 2017-ci ildə “Saytweb Studio” ilə başladığım yol bu gün NS Studio-dur.

Həm texnologiyanı, həm biznes tərəfini görürəm. SUP.VC, INNOLAND, ASAN Könüllüləri, PASHA Hackathon və Gənclər və İdman Nazirliyinin hakatonlarında startap qurucuları ilə işləyirəm: ideya nə qədər yaxşı olsa da, düzgün ölçüdə qurulmasa işləməyəcək.

Şirkət
NS Studio
Doğulub
Naxçıvan, 1996
Dillər
AZ · EN · TR
Rol
Qurucu, mentor
Nail Seyidov Global HR Summit 2023-də
Yol

Naxçıvandan NS Studio-ya.

  1. 1996

    Naxçıvan

    Naxçıvanda doğulmuşam. Texnologiyaya maraq məktəb illərində başladı və tezliklə ilk veb saytlarımı qurmağa gətirib çıxardı.

  2. 2017

    Saytweb Studio

    İlk studiyamı “Saytweb Studio” adı ilə qurdum: veb saytlar, ilk müştərilər, ilk komanda.

  3. 2020

    Bloq

    nailseyidov.com-da veb, mobil, PWA və SEO haqqında yazmağa başladım. Bu yazılar indi bu saytın bloqundadır.

  4. 2021

    NS Studio

    3 avqust 2021-də studiya NS Studio brendi ilə yenidən quruldu: veb saytlar, mobil tətbiqlər, brendinq və strategiya.

  5. 2022

    SUP.VC və startaplar

    SUP.VC-nin “Məhsul sahibi marafonu”nda çıxış etdim. Startaplara development, marketinq, ofis və bazar araşdırması dəstəyi təklif etdim, Networking Azerbaijan-da biznes icması ilə görüşdüm.

    Networking Azerbaijan, 2022
    Networking Azerbaijan, 2022
  6. 2023

    Mentorluq

    SUP.VC-nin IT mentoru kimi INNOLAND-də startap komandaları ilə işlədim. NS Studio Global HR Summit 2023-ün media partnyoru oldu.

    INNOLAND · SUP.VC mentoru
    INNOLAND · SUP.VC mentoru
    Global HR Summit 2023 · komanda ilə
    Global HR Summit 2023 · komanda ilə
  7. 2024

    Təlimlər

    ASAN Könüllüləri üçün “StartUp-da ilkin veb sayt hazırlanması” təlimini keçdim.

    ASAN Könüllüləri · INNOLAND
    ASAN Könüllüləri · INNOLAND
    Təlim zalında
    Təlim zalında
  8. 2026

    Hakatonlar

    Openwave hakatonunda mentor oldum, Farm2Tour layihəsində “MVP və prototipləşdirmə” sessiyasını apardım.

    Aqrar İnkişaf Könüllüləri · Quba
    Aqrar İnkişaf Könüllüləri · Quba
Düşüncələr

Bloqdan üç cümlə.

2020–2021-də yazdıqlarımdan — bu gün də eyni fikirdəyəm.

“Veb saytı qurmaq və düzgün SEO aparmaq işin sadəcə başlanğıcıdır.”
Peşəkar veb sayt necə hazırlanmalıdır? · 2020
“Önəmli olan saytınıza minlərlə insanın daxil olması deyil, o insanları saxlaya bilməsidir.”
Veb sayt trafikini necə artırmaq olar? · 2020
“Öz bildiklərinizi başqalarına öyrətmək həm məlumat bazanızı genişləndirir, həm də sizi tanıdır.”
Proqramlaşdırma ilə pul qazanmaq üçün 5 tövsiyyə · 2021
İşdən kənarda

Balans da işdir.

Oxumaq

Velosiped

Bowling

Video oyunlar

CV yüklə ↓ NS Studio haqqında Yeni CV hazırlanır — hələlik birbaşa yazın.
Əlaqə

Gəlin danışaq.

İdeyanız, şirkətiniz və ya sualınız varsa — yazın. Adətən 24 saat ərzində cavab verirəm.

Görüş təyin et → Mentorluq